Tarix: 12 Avqust 2019 10:00
Çeçenistan prezidenti Ramzan Kadırov növbəti dəfə oyun zamanı hakimi təhqir edib.
Qol.az xəbər verir ki, bu, Rusiya Premyer Liqasının V turunda keçirilən "Axmat" - "Spartak" oyununda yaşanıb.
Referinin idarəçiliyindən narazı qalan Kadırov "Axmat Arena"da keçirilən görüşün 82-ci dəqiqəsində mikrafonu əlinə alaraq baş hakim Aleksey Suxoyun ünvanına "Hakim, prezervativdir" deyib.
Qarşılaşma "Axmat"ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, Kadırov 2013-cü ildə də eyni üsulla hakimi təhqir etmişdi.