Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şoyqu: ''ABŞ və NATO-nun Əfqanıstandakı missiyası uğursuz olub''

Şoyqu: ''ABŞ və NATO-nun Əfqanıstandakı missiyası uğursuz olub''

Tarix: 28 Iyul 2021 15:08

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ-ın və Şimali Atlantika Alyansının Əfqanıstandakı missiyasının uğursuz olduğunu və bu ölkədəki vəziyyətin sürətlə pisləşərək hökumətin nəzarətindən çıxdığını deyib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Sergey Şoyqu bu barədə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin iclasında deyib.

"Əfqanıstanın şimal sərhədlərində baş verən hadisələr və əfqanların Tacikistan və Özbəkistan ərazisinə kütləvi köç etməsi, ABŞ ilə "Taliban" hərəkatı arasındakı razılaşmanın həyata keçirilmədiyini göstərir", - Şoyqu bildirib.

Nazirin sözlərinə görə, Əfqanıstanda vəziyyət sürətlə pisləşir və praktiki olaraq hakimiyyətin nəzarətindən çıxır.

""Taliban" artıq ərazinin böyük hissəsinə nəzarət edir. Xüsusilə İŞİD-in və digər beynəlxalq səviyyədə tanınmış terror təşkilatlarının burada mövqelərinin güclənməsi narahatlıq doğurur. Beləliklə, ABŞ və NATO-nun Əfqanıstandakı missiyasının uğursuz olduğunu bildirməliyik", -deyə Rusiya müdafiə naziri vurğulayıb.


Etiketlər:  Şoyqu ABŞ NATO Əfqanıstandakı missiyası uğursuz olub


RƏYLƏR