Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2019 13:08
Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyəyə S-400 zenit-raket komplekslərinin ikinci partiyasının tədarükü avqust-sentyabrda həyata keçiriləcək. Trend-in məlumatına görə, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bəyan edib.
Müdafiə naziri qeyd edib ki, Türkiyənin öz hava məkanını müdafiə etməyə ehtiyacı var.
Qeyd edək ki, iyulun 12-də S-400-lərin ilk partiyası Rusiyadan Türkiyəyə tədarük olunub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin