Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şirniyyat həsrətindən necə qurtulmaq olar? - Ekspertdən 4 QIZIL MƏSLƏHƏT

Şirniyyat həsrətindən necə qurtulmaq olar? - Ekspertdən 4 QIZIL MƏSLƏHƏT

Tarix: 28 Iyul 2021 22:18

Bir çox insanla çəkiləri çox olsa da, şirin qidalar yedikləri üçün arıqlaya bilmirlər. Bəs bu istəyi necə aradan qaldırmaq olar?

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, hindistanlı diyetoloq Rujuta Divekar bu barədə bəzi tövsiyələr verib.

Onun sözlərinə görə, ilk növbədə təbii aclığı ən çox psixoloji mənşəli qidaya olan keçici istəkdən ayırmağı öyrənmək lazımdır.

Bir çox hallarda insanlar xəyali bir aclıq üzündən şirniyyat yeyirlər və o anda doyurlar. Bunun qarşısını almaq üçün mütəxəssis bədəndəki maye səviyyəsini yaxından izləməyi və yaxşı yatmağı məsləhət görür.

Diyetoloq həmçinin bağırsaqdakı faydalı bakteriyaların böyüməsi üçün evdə hazırlanan turşulardan yeməyi tövsiyə edir. Bu da qanda qlükoza səviyyəsinin düzgün olmasına və şirniyyat istəklərinin azalmasına kömək edir.

Pəhriz üçün yaxşı bir əlavə paxlalı bitkilərdir. İnsanın daha uzun ömürlü olmasına kömək edir. Paxlalı bitkilərin tərkibində zəngin olan zülal və liflər insanların daha az şəkərə ehtiyac duymasına yardımçı olur. (publika.az)

Milli.Az


Etiketlər:  Şirniyyat həsrətindən necə qurtulmaq olar Ekspertdən 4 QIZIL MƏSLƏHƏT


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ