Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2021 13:46
Azərbaycanda deputat polis əməkdaşını döyüb.
Sonxeber.net xəbər verir ki, lent.az-a daxil olan məlumata görə, hadisə Nabranda baş verib.
Polis əməkdaşları Nabranda karantin qaydalarını pozan obyektlərdən birində reyd keçirən zaman obyektin sahibi ilə qohum olan, Milli Məclisin deputatı Eldəniz Səlimov xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşları ilə mübahisə edib. Mübahisə zəminində deputat polis əməkdaşını vurub.
Hadisə ilə bağlı E.Səlimovla əlaqə saxlamağa çalışsaq da, deputat telefonlara cavab verməyib.