Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2019 13:12
Bakı. Samir Əli - Trend:
Masazırda baş verən güllələnmədə xəsarət alan 3 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Bu barədə Trend-ə açıqlamasında Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Pərviz Əbubəkirov məlumat verib.
Mətbuat Xidməti rəhbərinin sözlərinə görə, xəstəxanaya yerləşdirilən şəxslər yüngül xəsarət alıblar, həyatı təhlükələri yoxdur.
Kliniki Tibbi Mərkəzdən Trend-ə verilən məlumata əsasən, xəsarət alan 3 şəxsin səhhəti normal olduğundan evə buraxılıb.
Qeyd edək ki, Abşeron rayonunun Masazır qəsəbəsində gecə saatlarında silahlı insident baş verib.
Hadisə nəticəsində 1994-cü il təvəllüdlü Kamran Qasımov, 1990-cı il təvəllüdlü Məmməd Talıbov və 1980-ci il təvəllüdlü Zaur Gəncəliyev çoxsaylı qırma yarası alıblar.
İlkin məlumata görə, atəş açan şəxs yaşayış komplekslərindən birinin komendantıdır. Hadisənin ilkin səbəbi olaraq mübahisə göstərilir.
Faktla bağlı təhqiqat aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin