Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2021 19:36
"Survivor" yarışmasının aparıcısı Murad Ceylanın sevgilisi Pınar Tartandan ayrılma səbəbi ortaya çıxıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, Murad bitmək bilməyən istəklərinə və ondan istifadə etdiyinə görə Pınardan ayrılıb.
"Davamlı olaraq məndən bahalı şeylər istəyirdi. Həmişə məşhur markalara üstünlük verirdi. Bir müddət sonra münasibətimizdə sevginin olmadığının fərqinə vardım.
Məndən istifadə etməyə başladığını hiss etdiyim an ondan soyudum. Birlikdə olmağımızın mənası qalmadı. Münasibətimizi bitirdim" deyə, Muradın yaxın çevrəsi ilə ayrılıq səbəbini bölüşdüyü bildirilib.