Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2021 12:38
Gürcüstanda bələdiyyə və mer seçkilərinə hazırlıq davam edir.
Sonxeber.net modern.az-a istinadən xəbər verir ki, "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyası 64 seçki dairəsi üzrə mer vəzifəsinə namizədlərinin adlarını açıqlayıb.
Namizədlər arasında azərbaycanlı da var. Belə ki, hakim partiya azərbaycanlıların kompakt yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsi üzrə Marneuli şəhərinin meri vəzifəsinə Kənan Ömərovun namizədliyini irəli sürüb.
Qardabani, Bolnisi, Dmanisi və digər iki rayondan isə azərbaycanlı namizəd yoxdur.
Qeyd edək ki, seçki kampaniyasına avqustun 3-dən başlanılacaq. Gürcüstanın Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq Gürcüstan Prezidenti seçkilərə 60 gün qalmış Baş nazirin təqdimatına əsasən seçki kampaniyasının başlanıldığını elan etməlidir.
Gürcüstanda mer və sakrebul məclisinə seçkilər oktyabrın 2-nə təyin edilib.