Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2019 00:44
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində APOEL-ə uduzaraq mübarizəni dayandıran "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.
Qol.az-ın məlumatına görə, bu, Şimali İrlandiyanın "Linfild" klubudur. Komanda Avroliqanın 3-cü təsnifat mərhələsində "Sutyeska"nı (Monteneqro) mübarizədən (2:1, 3:2) kənarlaşdıraraq Ağdam təmsilçisinə rəqib olub.
Qeyd edək ki, pley-off-un oyunları avqustun 22-də və 29-da keçiriləcək. "Qarabağ"ın ilk matçı səfərdə olacaq.