Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2021 15:32
Türkiyədə davam edən meşə yanğınları səbəbilə dünyanın məşhur simaları dəstək mesajları yayımlayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Haber Global" məlumat verib.
Qeyd olunur ki, Formula-1 üzrə dünya çempionu Luis Hemilton, aktyor Mişel Morron və müğənni Dua Lipa Türkiyəyə öz dəstəyini ifadə edib.
Formula-1 pilotu Türkiyə və planetimiz üçün dua etdiyini açıqlayıb.
Məşhur müğənni Dua Lipa isə "Səninləyəm Türkiyə" sözlərindən istifadə edərək dəstək olub.
Aktyor Mişel Morron isə bu sözləri yazıb: "Türkiyənin yanındayam, bunlar tezliklə bitəcək".