Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə Yunanıstana nota verib

Türkiyə Yunanıstana nota verib

Tarix: 1 Avqust 2021 21:00

Türkiyə Yunanıstana nota verib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki,  buna səbəb Ədirnə vilayətində Yunanıstan tərəfindən mülki geyimli şəxslərin açdıqları atəş nəticəsində Türkiyə vətəndaşının qətlə yetirilməsidir. Yunanıstanın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili bununla əlaqədar Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim olunub.

İyulun 31-i axşam saatlarında Ədirnə vilayətinin Meriç rayonunun Adasarhanlı kənd sakinləri Mehmet Durğun (43) və Süleyman Şener (60 sərhəd xəttində yerləşən Meriç çayının sahillərinə gediblər. Yunanıstan tərəfindən açıldığı iddia edilən atəş nəticəsində Mehmet Durğun üzündən güllə yarası alıb və hadisə yerində həlak olub. Süleyman Şener hadisədən dərhal sonra kənd mərkəzinə gələrək bu barədə məlumat verib.


Etiketlər:  Türkiyə Yunanıstana nota verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ