Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nigerdə yaraqlılar 18 hərbçini öldürdü

Nigerdə yaraqlılar 18 hərbçini öldürdü

Tarix: 2 Avqust 2021 19:16

Nigerdə ən azı 18 hərbçi yaraqlılar tərəfindən öldürülüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Radio France internationale" Nigerin hərbi komandanlığına istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, yaraqlılar iyulun 31-də Burkino-Faso ilə sərhədə yaxın Torodi rayonunda hərbçiləri iki yerdə pusquya salıb.

Niger Müdafiə Nazirliyindən bildirilib ki, atışma nəticəsində 18 hərbçi həlak olub, 7-si yaralanıb, 6-sı itkin düşüb.

Hazırda hökumət qüvvələri Torodi rayonunda terror qruplaşmalarına qarşı irimiqyaslı əməliyyatlar həyata keçirir. Əməliyyatlara Hərbi Havva Qüvvələri də cəlb olunub.

Mali, Niger və Burkino-Fasonun sərhədlərinin kəsişdiyi region Qərbi Afrikada beynəlxalq terrorizmin əsas mərkəzlərindən sayılır.

Milli.Az


Etiketlər:  Nigerdə yaraqlılar hərbçini öldürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ