Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2021 08:42
Bu faydalı yağ püstə ləpələrinin soyuq üsulla sıxılması nəticəsində əldə edilir. Püstə yağı sarının yaşıla çaları rəngdə, rafinə edildikdə isə açıq sarı rəngdə olur. Bu yağ tünd qoxuya malik bir yağdır.
Püstə yağından müalicəvi məqsədlərlə istifadə edilir. Bu yağdan ən çox ərəb ölkələrinin xalq təbabətində və tibb sənayesində istifadə edilir. İbn Sina püstə yağını ürək xəstəlikləri zamanı faydalı olduğunu qeyd edib. Püstə yağı ürək fəaliyyətini yaxşılaşdırmaqla yanaşı, əhval ruhiyyənin qalxmasına, orqanizmin tonusunun artmasına və cavanlaşmasına səbəb olur. Püstənin vətəni Suriya hesab edilir. İndi demək olar ki, əksər isti ölkələrdə püstə ağacı yetişdirilir. Püstə boyu 7 metrdən çox olmayan püstə ağacının meyvəsidir. Püstənin tərkibində çoxlu miqdarda efir yağları var. Bu yağlar gün şüaları düşən zaman püstə ağacının sərt qoxusunun ətrafa yayılmasına səbəb olur. Gün şüaları püstə ağacına düşən zaman ağacın altında bir müddət dayandıqda insanda baş hərlənməsi meydana gəlir. Püstədən müxtəlif xəstəliklərin müalicəsi üçün müxtəlif dərmanların hazırlanmasında istifadə edilir.
Faydalı tərkibi
Püstə yağından tibb sahəsində geniş istifadə edilir.
Rafinəedilmiş püstə yağının qoxusu olmur. Onun tərkibində doymamış yağ turşuları olein, linolen, linolin, palmit , doymamış stearin turşusu var. Püstə yağının tərkibində yüksək miqdarda fitosteroidlər, beta-steroid və çoxlu miqdarda E vitamini var. Onun tərkibində olan fitosteroidlər dərinin regenerasiyasını sürətləndirir və müdafiə qüvvəsini artırır. O dəridə olan kollagen proseslərin sürətlənməssinə, iltihabi xəstəliklərin aradan qalxmasına və həsas dərinin sakitləşməsinə səbəb olur. Tərkibində olan linolen yağı dərinin üst təbəqəsinin su mübadiləsini normallaşdırmaqla nəmliyinin qorunmasına, dərinin qidalanmasına səbəb olur.
Faydalı və müalicəvi xüsusiyyəıtləri
Püstə yağı orqanizmin immunitetini yüksəldir,əzələlərin fəaliyyətini yaxşılaşdırır, orqanizmdən zərərli maddələri xaric edir, xərçəng hüceyrələrinə qarşı mübarizə aparır. Püstə yağı orqanizmin turşu mübadiləsini normallaşdırır. Seksoloqlar və androloqlar püstə yağının spermatogenozə müsbət təsir etdiyini söyləyir. Tərkibində olan taninin miqdarı orqanizmdə iltihabi xəstəliklərin sağalımasını sürətləndirir. Pnevmoniya, qripp, bronxit, vərəm və ağır infeksiya xəstələrinə püstə yağı içmək tövsiyə edilir. Püstə yağı beyin qan dövranının yaxşılaşdırır, diqqətin toplanmasına səbəb olur. Ondan istifadə etmək əhval-ruhiyyənin yaxşılaşmasına, ürək xəstəlikləri əlamətlərinin azalmasına, orqanizmin tonusunun artmasına səbəb olur. Öd kisəsi, mədə xəstəlikləri, kolitlər zamanı püstə yağının orqanizmə faydası çox böyükdür. Davamlı olaraq püstə yağı içmək tromb əmələgəlmənin və arterial təzyiqin qalxmasının qarşısını alır.
İsti su vannası qəbul edərkən suya az miqdarda püstə yağı və qaymaq əlavə etmək dərinin gözəlləşməsinə fayda olur.
Kosmetologiyada tətbiqi
Püstə yağından tonuslandırıcı, qidalandırıcı, iltihab əleyhinə, antioksidant təsirə malik olması onun kosmetologiyada geniş istifadə edilməsinə səbəb olur. O dərinin xarici zədələnnmələrdən qoruyur, quruluğun və həsaslığının aradan qalxmasına səbəb olur. Püstə yağı çillərin və piqment ləkələrinin aradan qalxmasına səbəb olur, dərini ultrabənövşəyi şüalanmadan qoruyur. Püstə yağından dəridəki qırışların aradan qalxması və cavanlaşması üçün hazırlanan kremlərin hazırlanmasında istifadə edilir. Ondan istifadə etmək dəridəki yorğunluğun aradan qalxmasına səbəb olur. Püstə yağı dərinin qan dövranının yaxşılaşdırır, hüceyrələrin regenerasiyasını sürətləndirir. Püstə yağı dərini elastikləşdirir, yumşaldır. Quru və normal dərinin püstə yağı ilə silinməsində fayda var. Onu gözətrafı nahiyələrə sürtükdə dəridə olan qırışlar açılır. Dəridə iltihabi proseslər olduğu zaman püstə yağını çobanyastığı dəmləməsi ilə qarışdırıb üzə maska şəklində qoymaq lazımdır.
İstifadə edilən kremlərin içərisinə püstə yağı əlavə edib istifadə olunmasında fayda var. Püstə yağı saçların, dırnaqların möhkəmlənməsinə səbəb olur, saçlara kondisioner təsiri bağışlayır.
İstifadə etdiyinniz şampunun içərisinə 7-10 damcı püstə yağı damızdırmaq saçların möhkəmlənməsinə, parıldamasına səbəb olur.
Onu əllərə və dırnaqlara sürtmək onların möhkəmlənməsinə səbəb olur.
Püstə yağının zərərli xüsusiyyətləri
Püstə yağının zərərləri barədə heç yerdə qeydlərə rast gəlinməyib. Nadir hallarda allergiyaya səbəb olduğu üçün hamilə qadınlara püstə yağından çox istifadə eləmək məsləhət görülmür.