Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsveçrədə istirahət mərkəzində 6 nəfər zəhərlənib

İsveçrədə istirahət mərkəzində 6 nəfər zəhərlənib

Tarix: 3 Avqust 2021 08:44

İsveçrənin Loykerbad dağlıq kurort zonasının "Alpenterm" istilik mərkəzində kimyəvi maddənin sızması 6 nəfərin zəhərlənməsinə səbəb olub.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Zəhərlənən şəxslər Son və Vej şəhərindəki xəstəxanaya çatdırılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları, xilasedicilər və kimyaçı mütəxəssislər hadisə yerinə cəlb edilib. İlkin məlumata görə, hadisə suyun təmizlənməsi və dezinfeksiya edilməsi üçün istifadə olunan "natrium hipoklorit"in aşındırıcı maddəsinin sızması nəticəsində baş verib.


Etiketlər:  İsveçrədə istirahət mərkəzində nəfər zəhərlənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ