Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qadın və kişi bir-birini dinləmir - təbii ki, boşanacaqlar da''

''Qadın və kişi bir-birini dinləmir - təbii ki, boşanacaqlar da''

Tarix: 4 Avqust 2021 19:25

Əməkdar artist Rəşad İlyasov "Üzə-düz" verilişində qonaq olub.

Sonxeber.net big.az-a istinadən xəbər verir ki, sənətçi veriliş zamanı son zamanlar boşanmaların sayının çox olması mövzusuna toxunub:

"Boşanmada cəmiyyəti günahkar bilmək olmaz. Cəmiyyət deməyib ki, siz boşanın. Həm də fikir vermişəm ki, boşananların çoxu özləri sevib-seçənlər olub. Bölgələrdə daha çox görürük ki, valideyn övladın ailə seçiminə qarışır. Qohum evliliyi bəzi fəsadlara yol açır. Hər mənada fiziki və mənəvi tərəfdən sağlam ailə olmur. İnsanlar çox səbirsiz olublar. Bir az boş buraxıb, təmkinli olmaq lazımdır. Ailədə qadın və kişi bir-birinin sözünü dinləmir. Təbii ki, boşanacaqlar da. 6 ay yaşayandan sonra ayrılırlar, axı nişanlı da qalırsan, sən o müddətdə tanımalıydın. Erkən yaşda olan nikahları sevmirəm. O məsələ məni çox narahat edir. Boşanmamaq üçün ilk dönəmlərdə 2-3 il dözmək lazımdır. Çünki hər iki yad nəsil birləşir. Anam da bunu deyirdi həmişə. Gənclər, düşünün, tez ərizə verib boşanmayın!"


Etiketlər:  Qadın kişi birini dinləmir təbii boşanacaqlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ