Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Marmarisdə son 33 ilin rekord istiliyi qeydə alındı

Marmarisdə son 33 ilin rekord istiliyi qeydə alındı

Tarix: 4 Avqust 2021 20:46

İyulun 28-dən avqustun 3-dək Türkiyənin 38 vilayətində ümumilikdə 163 yanğın faktı qeydə alınıb. Onlardan 152-i artıq söndürülüb.

Sonxeber.net xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli bildirib.

Bu yanğınların 19-unun Antalya ərazisində meydana gəldiyini deyən nazir onlardan ikisinin söndürülməsi uğrunda işlərin davam etdiyini bildirib.

Qeyd edilib ki, Manavqat və Gündoğmuşdəki yanğınlar da hələ davam edir. Manavqatın qərb hissəsində baş verən yanğının sabah nəzarət altına alınacağı gözlənilir. Muğlanın beş bölgəsində də yanğınlar davam edir. Marmarisdə də irəliləmə var. Burada da sabah gündüz saatlarına qədər alovların qarşısının alınacağı gözlənilir.

Qlobal istiləşmə və yaranan quraqlığın dünyanın hər bir nöqtəsini yanğın təhlükəsi ilə qarşı-qarşıya qoyduğunu deyən nazir avqustun 3-də Marmarisdə hava temperaturunun 45 dərəcə ölçüldüyünü və bunun son 33 ilin rekordunu yenilədiyini söyləyib.

Bildirilib ki, Antalya, Muğla, Adana, Mərsin və Osmaniyədə baş verən fəlakət nəticəsində dəyən ziyanın müəyyənləşdirilməsi işləri davam edir. İlkin hesablamalara əsasən, ölkənin beş vilayətdə 18 rayon, 78 kənddən ümumilikdə 2 min 219 fermer təsərrüfatına ciddi zərər dəyib.

Nazir yanğınlar baş verən andan indiyədək 16 min 603 nəfərin təxliyə edildiyini diqqətə çatdırıb. (publika.az)


Etiketlər:  Marmarisdə ilin rekord istiliyi qeydə alındı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ