Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Avqustun sonlarında Gürcüstanda “delta ştamı” tüğyan edəcək''

''Avqustun sonlarında Gürcüstanda “delta ştamı” tüğyan edəcək''

Tarix: 4 Avqust 2021 21:28

Avqustun sonlarında Gürcüstanda koronavirusun "delta ştamı" tüğyan edəcək.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə jurnalistlərə Gürcüstanın tanınmış allerqoloq-immunoloqu Bidzina Kulumbeqov məlumat verib. Onun sözlərinə görə, ölkə sərt qapanmalarla üz-üzədir.

O deyib: "Ölkə əhalisinin az bir hissəsinin koronavirusa qarşı peyvənd olunması koronavirusa qarşı mübarizədə ciddi problemlər yaradır. Gündəlik yoluxma və koronavirusdan ölüm hallarının artması ciddi narahatlıq yaradır. Odur ki, insanlar daha çox qorunmalı, tibbi maskalardan qapalı və açıq məkanlarda istifadə etməli, vaksinasiya olunmalıdırlar. Əks halda qapanmalar və daha sərt tədbirlər qaçılmaz olacaq".

Onun sözlərinə görə, yaxın günlərdə pandemiya qurbanlarının gündəlik sayı 50 nəfərdən çox olacaq. Bu isə çox acınacaqlı və dözülməzdir.


Etiketlər:  Avqustun sonlarında Gürcüstanda delta ştamı tüğyan edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ