Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Piy qatından götürülən yağdan mütləq...''

''Piy qatından götürülən yağdan mütləq...''

Tarix: 4 Avqust 2021 23:18

Kök hüceyrələr bütün toxumalardakı damarların ətrafında yerləşən ana hüceyrələrdir. Toxuma zədələnəndə kök hüceyrələr aktivləşir, həm toxumaların bərpası üçün lazım olan böyümə faktorlarını hərəkətə gətirir, həm də zədələri sağaltmaq üçün lazım olan əzələ, sümük, oynaq qığırdaqları və piy qatı kimi fərqli toxumalara çevrilə bilir. Kök hüceyrələr sümük iliyi, qan və xüsusilə bədənin piy qatından alınır. Kök hüceyrələrdən artroz, dərinin estetik gəncləşməsi, idman zədələri, saç tökülmələri, hətta diş xəstəliklərinin müalicəsində istifadə edilir. Ümumiyyətlə, regenerativ tibb qonşu Türkiyədə olduğu kimi, Azərbaycanda da yeni anlayışdır. Regenerativ tibb orqanizmin özün-özünə sağalması deməkdir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, nevroloq, proloterapiya mütəxəssisi Sevinc Heydərova kök hüceyrə müalicəsi barədə məlumat verib.

Həkim-mütəxəssis bildirib ki, kök hüceyrələr laboratoriya şəraitində bədənin, xüsusilə göbək ətrafında yiğılan piy qatından xüsusi şprislər vasitəsilə alınır: "Piy qatından götürülən yağdan mütləq kök hüceyrə alınmalıdır. Bu kök hüceyrələr orqanizmə yeridiləndən sonra başqa toxumalara çevrilir. Məsələn, hüceyrələr oynağa köçürüldükdə qığırdaq yaranmasına, dəriyə köçürüldükdə cavanlaşmaya səbəb ola bilər. Müalicə nəticəsində, hətta 10-15 yaş cavanlaşmaya nail olmaq mümkündür. Kök hüceyrə müalicəsi tibdə çox geniş yayılıb. Eksozomlarla müalicə çox yaxşı effekt verir. Statistikaya əsasən, kök hüceyrə müalicəsi alan 100 xəstədən yalnız 3-4 nəfərdə effektsiz olur. Səbəb 6-8 ay ərzində evdə müalicə alan xəstənin bərpa müddətində bir çox situasiya ilə qarşılaşmasıdır. Misal üçün, xəstə yıxıla və yaxud da yüngül də olsa qəza keçirə bilər. Bütün bu hallar barədə həkimə məlumat verilmədikdə müalicə effektsiz nəticələnir".

S.Heydərova deyib ki, kök hüceyrə müalicəsində sağalma prosesi xəstənin immun sistemindən, onun orqanizminin ümumi fəaliyyətindən asılıdır: "Proses eynidir, lakin bərpa müddəti xəstələrə görə dəyişir. Sağalma müddəti 1 aydan 12 aya qədər dəyişə bilər. Praktikama əsasən deyə bilərəm ki, əsasən pozitiv xarakterli xəstələrdə bərpa prosesi sürətli gedir. Çünki müsbət əhval-ruhiyyə orqanizm immun sisteminin güclənməsinə yaxşı təsir göstərir. Xəstənin yaşı və xəstəliyin hansı mərhələdə olması da, əlbəttə ki, önəmlidir.

Kök hüceyrə müalicəsi zamanı xəstəxanada yatmaq lazım deyil. Lokal narkoz vasitəsilə həyata keçirilən piy götürmə prosesi təxminən yarım saat çəkir. Prosesdən sonra gündəlik məşğuliyyətə davam etmək mümkündür. Bədəndən çəkilən piylər kök hüceyrə laboratoriyasına dondurulmuş şəkildə göndərilir".


Etiketlər:  qatından götürülən yağdan mütləq


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ