Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2021 14:24
Qızımın toyunda 300 nəfər iştirak etməyib, karantin qaydası da pozulmayıb.
MIlli. Az xəbər verir ki bu sözləri kult.az-a millət vəkili Novruzəli Aslanov deyib.
"Toyda 46 nəfər olub. İştirak edənlərdən soruşub araşdıra bilərsiniz. Saytlar qızımın toyu və şadlıq sarayının görüntüləri ilə bağlı şəkil də paylaşıb. O görüntülər bizim şadlıq sarayına aid deyil. Şəkildə xeyli adam görünür. İkincisi, axı bəy və gəlinin də şəklini düzgün verməyiblər. Onlar mənim övladlarım deyil", - millət vəkili bildirib.
Qeyd edək ki, millət vəkili Novruzəli Aslanovun qızının toy görüntüləri ilə bağlı sosial şəbəkələrdə foto və video paylaşılıb. Toyda 300 nəfərin iştirak etdiyi, karantin qaydalarının pozulduğu bildirilir.