Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

5 il fərqlə yenidən bir arada - gündəm olan VİDEO

5 il fərqlə yenidən bir arada - gündəm olan VİDEO

Tarix: 10 Noyabr 2025 19:50

Təsadüfən tanış olub evlənən cütlüyün maraqlı paylaşımı diqqət çəkib.

Sonxeber.net xəbər verir ki, beş il əvvəl təsadüfən iş yerinə gələn qızla tanış olan gənc oğlan sosial mediada paylaşımı ilə gündəm olub.

Məlumata görə, cütlük ilk tanışlıqlarını xatırladan bir paylaşım ediblər. Gənc oğlan həmin günü yada salaraq bildirib ki, həyat yoldaşı ilə tamamilə gözlənilmədən tanış olub və bu tanışlıq zamanla böyük bir sevgi hekayəsinə çevrilib.

Bu dəfə gənc qadın artıq övladı ilə birlikdə həmin mağazaya daxil olub. Cütlüyün sevgi dolu və səmimi anları sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

İzləyicilər paylaşıma çoxsaylı bəyəni və şərhlər yazaraq onların xoşbəxtliyinə sevindiklərini bildiriblər.

Musa


Etiketlər:  fərqlə yenidən arada gündəm olan VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ