Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Zelenski Milad bayramına qədər öldürülə bilər”

“Zelenski Milad bayramına qədər öldürülə bilər”

Tarix: 10 Noyabr 2025 19:57

Ukrayna Prezidenti Volodimir Zelenskinin Milad bayramınadək ya öldürüləcəyi, ya da gizli sığınacaqlarından birinə qaçacağı ehtimal edilir.

Sonxeber.net xəbər verir ki, bu iddianı ABŞ-nin keçmiş dövlət katibi Kolinq Pauellin aparat rəhbəri, ehtiyatda olan polkovnik Lourens Uilkerzon "RIA Novosti"yə müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, Zelenski yaxın ətrafındakı oliqarxların və tərəfdarlarının dəstəyini itirəcək:

"Bu halda isə ya gizlənəcək, ya da aradan götürüləcək. Məncə, bu hadisələrdən biri Miladadək baş verəcək. Zelenskinin bundan artıq dözə biləcəyinə inanmıram".

Xatırladaq ki, bundan əvvəl Pentaqonun sabiq müşaviri Duqlas Makqreqor da Zelenskinin Polşaya qaçış planı hazırladığını iddia etmiş, Rusiya Dövlət Dumasında isə onun Britaniya kəşfiyyatı tərəfindən aradan götürülməsi ehtimalı irəli sürülmüşdü.


Etiketlər:  Zelenski Milad bayramına qədər öldürülə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ