Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2021 19:10
"Bir gecə çox düşündüm, yolun sonu olduğunu gördüm. Açıqlamaq istəmədiyim hadisələr oldu. Fikirləşdim ki, özümə qəsd etsəm, Kazımın taleyi necə olacaq..."
Sonxeber.net yenisabah.az-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Könül Xasıyeva ARB telekanalında yayımlanan "Onun sirri" proqramında qonaq olarkən deyib.
Sənətçi vaxtilə intihar etmək istədiyini açıqlayıb:
"Fikirləşdim ki, özümə qəsd etsəm, Kazımın taleyi necə olacaq? O da həssasdır, anaya bağlı uşaqdır. Sanki övladımı deyil, ürəyimdən daş parçası götürdüm. Dedim, Kazım, hava almağa çıxıram, istəyirsən, gəl. Geyindirdim, əlindən tutdum, dənizin qırağına tərəf getdik. Bunların heç birini hiss etməmişəm. Adımı eşidəndə ayıldım, diksindim. Özümə gələndə gördüm dənizin qırağındayam, bir polis işçisi dayanıb. Dedi ki, siz Könül xanımsınız? Dedim, hə. Soruşdu ki, burada nə edirsiniz? Söylədim ki, heç nə. Ondan sonra qayıdıb gəldim".