Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2021 08:10
"Qardaş ölkədə baş verən yanğınla əlaqədar Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin 4-cü qrupu Türkiyə Respublikasına gəlib".
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin alay komandiri polkovnik-leytenant Məmməd Xəlilli deyib.
O bildirib ki, qrup heyəti 200 nəfərdən ibarətdir: "Qrupun şəxsi heyəti fərdi yanğınsöndürmə avandanlıqları ilə təmin olunub. Hazırda təhkim olunmuş ərazilərdə tapşırıqları icra edəcəyik".