Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2021 08:54
Miqrantları Daxla bölgəsindən (Qərbi Sahara) İspaniyanın Kanar adalarına aparan qayıq sahildən ayrıldıqdan yarım saat sonra çevrilib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə QHT rəhbəri Yelena Maleno "Twitter" hesabında yazıb.
Hadisə nəticəsində 40-dan çox miqrant boğularaq ölüb. Onlardan 30-u qadın, 8-i uşaq, 4-ü isə kişi olub. On nəfər sağ qalmağı bacarıb.
Hüquq müdafiəçilərinin hesabatına görə, 2021-ci ilin ilk altı ayında 2087 miqrant İspaniyaya gedərkən yolda ölüb.
Rəsmi məlumata görə, ilin əvvəlindən avqustun 1-dək ölkəyə dəniz yolu ilə 15,3 min qanunsuz miqrant daxil olub. Ümumilikdə isə bu rəqəm 16,5 mindir.