Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kişi olmaq və məğlubiyyəti qəbul etmək lazımdır'' - Riçard Almeyda

''Kişi olmaq və məğlubiyyəti qəbul etmək lazımdır'' - Riçard Almeyda

Tarix: 14 Avqust 2019 02:00

"Qarabağ"ın futbolçusu Riçard Almeyda Çempionlar Liqasının III təsnifat mərhələsinin APOEL-lə cavab oyunundan (0:2) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə məğlubiyyəti şərh edib.

- Bu gün futbol elədir ki, ani diqqətsizlik olanda rəqib səni cəzalandırır. Biz də əlimizə düşən imkanları qola çevirsəydik, bəlkə də, fərqli olardı. Başımızı dik saxlamalı, irəli baxmalıyıq.

- Nikosiyada 90+5-də buraxılan qol nəticəyə nə dərəcədə təsir etdi?

-  Yox, orada da ani diqqətsizlikdən buraxmışdıq. Bu gün də diqqətsizlik oldu. Zubirin, mənim, Slavçevin qol epizodları oldu, yararlana bilmədik. Uduzmağı da bacarmaq lazımdır. APOEL-i qələbə münasibətilə təbrik etməliyik.

- Slavçev nə etsin ki, qol vura bilsin?

- Bunun üçün baş məşqçimiz var. O, hamımıza eyni gözlə baxır. Kiməsə futbolu öyrədən məşqçidir. Məyusuq, bu qədər azarkeş gəlmişdi. İstəyirdik ki, onları sevindirək. Bu gün çox möhtəşəm idilər. Əlimizdə imkan var ki, Avropa Liqasının qrupuna düşək. Ümid edirəm ki, “Neftçi” də İsraildə “Bney Yehuda” səddini keçəcək. Avropa Liqasının qruplarında ölkəmizi təmsil etmək istəyirik.

- Bu məğlubiyyətdən sonra toparlanmaq çətin olmayacaq?

- Bunun üçün çox təcrübəli baş məşqçimiz, təcrübəli futbolçularımız var. Bu, ilk məğlubiyyət deyil. Ötən il də BATE-yə uduzmuşduq. Yığıldıq, toparlandıq. Kişi olmaq və məğlubiyyəti qəbul etmək lazımdır. Eniş-yoxuşlar olur, bunların öhdəsindən gəlməyi bacarmalıyıq.

- Bu gün “Qarabağ” özünə bənzəmirdi. Sırf nəticə üçün oynamaq mümkün olmazdı?

- Bizim oyun fəlsəfəmiz var. Bu gün meydanda hansı tərəf yaxşı idi? Çatışmayan cəhət qol idi. Bunu etsəydik, deyəcəkdiniz ki, həmin ki, “Qarabağ” idi.

 


Etiketlər:  Kişi olmaq məğlubiyyəti qəbul etmək lazımdır Riçard Almeyda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ