Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur reperin qızı küçələrdə yatır

Məşhur reperin qızı küçələrdə yatır

Tarix: 7 Avqust 2021 15:44

Məşhur prodüser və reper Dr. Dre-nin 38 yaşlı qızı Lataniya Yanq maddi sıxıntı yaşayır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda qız müsahibəsində danışıb. O bildirib ki, milyonçu atası ona yardım etmir. Buna görə də Yanq kirayə götürdüyü avtomobildə gecələyir.

Dörd övladı olan Lataniya başqa bir ştata köçmək qərarına gəlib. Dre isə onunla heç danışmaq belə istəmir.

Dr. Dre ən uğurlu və varlı reperlərdəndir. Onun mülkü 950 milyon dollar dəyərində qiymətləndirilib. Qızı hazırda kuryer şirkətlərində sürücü çalışır. O, atasını 18 ildir görmür. yanq bildirib ki, hətta atasının telefon nömrəsini də bilmir.

"Eşitdim ki, keçmiş xanımı Nikolaya ayda 300 min dollar ödəyir. Haqsızlıqdır, anam ondan pul almırdı. Ona məktub yazıb, ev istədim. Bizim kollec pulumuzu ödəməli idi. Etmədi" deyə, qız bildirib.

Milli.Az


Etiketlər:  Məşhur reperin qızı küçələrdə yatır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ