Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2021 16:40
"Bir oğlum qalıb, onu da evləndirsəydim... İndiki uşaqlar sözə baxmır. Gözaltıma qalsa, qızlar var. Qəşəng qızlar çoxdur. Gəncləri düzgün yönəltmək lazımdır".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova "Günün sədası" proqramında deyib. Müğənni oğlu Rəşadı evləndirmək istməsəindən danışıb:
"Valideyn nəsihəti ilə qurulan ailə fərqli olur. Mən, bacım, qardaşım valideynimizin məsləhəti ilə ailə qurmuşuq. Demirəm, mən deyən olmalıdır. Amma bəzi şeylər var ki, gənclər yox, biz görürük. Rəşad deyir, heç olmasa 50-50-yə. Qızı, oğlanı özbaşına qoysan ya halvaçıya, ya zurnaçıya gedər.
Cabbar Musayevin ailəsini hər zaman misal çəkmişəm. Üç gəlini də Cabbar müəllimin həyat yoldaşı məsləhət görüb. Qız köçürmək çətindir. Heyif, indiki gənclər alovludurlar. Olmaz, uzun yola çıxıblar. Həqiqi ailədən əlavə, dostluq münasibəti istəyirəm".