Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hansı futbolçularda demans riski yüksəkdir?

Hansı futbolçularda demans riski yüksəkdir?

Tarix: 7 Avqust 2021 21:12

Britanıyanın beyin xəstəlikləri üzrə aparıcı mütəxəssislərindən biri bildirib ki, futbol topları sağlamlıq xəbərdarlığı və demans (əqli zəiflik) riskinin artması xəbərdarlığı ilə satılmalıdır. Ekspert uşaqlar və həvəskar futbolçular üçün yeni qadağalar haqqında düşünməyi təklif edir. Keçmiş mütəxəssislər də oxşar fikirləri müzakirə edir.

Qlazqo Universitetinin professoru Uilyam Styuart qrupunun yeni araşdırması müdafiəçi olaraq oynayan peşəkar futbolçularda demansın inkişaf etməsi ehtimalının digər insanlardan beşqat daha yüksək olduğunu göstərdi. Futbolçular yalnız futbol toplarını başları ilə vuranda deyil, digər oyunçularla toqquşanda da başları bir-birinə dəyərək zərbələr alır. Eyni araşdırmaya görə, qapıçıların, yarımmüdafiəçilərin və hücumçuların neyrodeqenerativ xəstəliklərə tutulma ehtimalı daha azdır. Tədqiqatçılar əmindirlər ki, risklər oyunların baş verdiyi vaxtdan deyil, birbaşa komandadakı yerdən və karyerasının müddətindən asılıdır.

İngiltərə Futbol Assosiasiyası (FA) və Peşəkar Futbolçular Cəmiyyətinin (PFA) sifarişi ilə edilən araşdırma Best Bromviç Albion klubunun keçmiş hücumçusu Ceff Aslın dəfələrlə başından aldığı xəsarətlərdən öldüyünə dair çoxsaylı iddialardan sonra, 2018-ci ilin yanvarında başladı. Oyunçu tez-tez başı ilə oynayırdı və onun oynadığı illərdə istifadə edilən dəri futbol topları, xüsusilə yağışda islananda indikindən daha ağır olurdu. İdman rəhbərliyi klubların cinsiyyət, yaş, oyun mövqeyi, matçdakı başla oyunların sayı və nəticələrini nəzərə alaraq oyunçu profillərini diqqətlə izləmələrini tövsiyə edir. Klubların bu mövzuda oyunçularla daha yaxından əməkdaşlıq etməsi gözlənilir.

Qeyd edək ki, bəzi oyunçular tez-tez yüksək liqa matçlarında 10-20 dəfə başla oynamalı olur.


Etiketlər:  Hansı futbolçularda demans riski yüksəkdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ