Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2021 21:22
Füzuli Beynəlxalq Hava Limanında son tamamlanma işləri aparılır.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu əks etdirən fotolar sosial şəbəkələrdə paylaşılıb.
Fotolardan göründüyü kimi, artıq aeroportda əsas binalar hazırdır və asfaltın vurulma prosesi gedir.
AZAL-ın nümayəndəsi Valeh Əmiraslanov bildirib ki, sentyabr ayında uçuş-enmə zolağı, perron və sükan yolu 100 % tamamlanacaq və hava limanı ilk təyyarəni qəbul edəcək: "İlkin uçuş sentyabrın 5-də həyata keçiriləcək".