Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2021 01:03
Hər bir qadının intim problemləri ola bilir. Qadınlar intim problemlərini yanlız öz ginekoloqları ilə bölüşürlər. Ginekoloqların qadınlara hər gün məsləhət verdiyin 5 əsas məsləhəti sizlərə təqdim edirik.
1. Hər bir qadın uşaqlıq yolundan olan axıntısını diqqət mərkəzində saxlamalıdır. Axıntının miqdarı, xüsusiyyəti ginekoloji xəstəliklərin ağırlıq dərəcəsini bildirir. Axıntının necəliyi qadın cinsiyyət orqanlrında hansı xəstəlitin olmasının göstəricisidir. Mütəxəssislər bütün qadınlara ən azı ildə bir dəfə axıntını müayinə eləməyi məsləhət bilir. Müayinə diaqnozun təsdiq olunmasına səbəb olur.
2. Ginekoloqlar qadınlara həkimə getdikləri zaman heç bir əlaməti gizlətməməyi məsləhət bilir. Mütəxəssislər kandidoz xəstəliyinin diaqnozunu qadınların özlərinin qoya bildikləri halda (ağ çürüntülü axıntı) yenə də müalicənin həkim tərəfindən edilməsini məsləhət bilir. Ən yaxşı vasitə isə mütləq uşaqlıq yolundan alınmış yaxmanın müayınəsi və həkimin müalicəsidir.
3. Ginekoloqlar bütün qadınlara özlərini infeksiya xəstəliklərindən qorumağı məsləhət bilir. Uşaqlıq yoluna düşən infeksiyalar qısa zamanda sürətlə inkişaf edib uşaqlıq artımlarına yayıla bilir. Buna yaxalanmamaq üçün isə gigyenaya diqqət yetirmək lazımdır. Uşaqlıq yolunun infeksiyasına yoluxan xəstələr arasında ən çox hamilələr, diabet xəstələri, immuniteti zəif olan qadınlar daha çox risk altındadırlar. Uşaqlığın iltihabi xəstəliklərinin baş verməsinə uşaqlıq yoluna bakteriya və ya mikrobun düşməsi səbəb olur. İntim nahiyənin təbii mikroflorasının pozulmaası da infeksiya xəstəliyinin əmələ gəlməsinə səbəb olur. İntim zonanın təbii mikroflorasının korlanmasına isə intim gigyenik məhsullar, kosmetik pudralar və s. səbəb olur.
4. Ginekoloqların qadınlara ən çox verdiyi məsləhətlərin sırasında normal sayılmayan sekslə məşğul olmamaqdır. Mütəxəssilər qadınlara prezervativdən itifadə etməyi məsləhət bilir, çünki bəzən infeksiya kişidən də qadına keçə bilir. Hətta B hepatiti də cinsi yolla keçə bilir.
5. Ginekoloqların qadınlara ən çox məsləhət bildikləri beşinci və ən vacib məsləhət onların ən azı ildə 1 dəfə həkim qəbuluna düşmələridir. Özünü normal və sağlam hiss edən qadın belə il ərzində bir dəfə ginekoloqun müayinəzinə getməli və onun məsləhətlərinə qulaq asmalıdır.