Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fırıldaqçı “həkim” görün xəstələri nə ilə müalicə edir

Fırıldaqçı “həkim” görün xəstələri nə ilə müalicə edir

Tarix: 8 Avqust 2021 01:34

Başakşehirdə (Türkiyə) özünü "təbib" kimi təqdim edən fırıldaqçı şəxsin şok görüntüləri yayılıb. Bu günlərdə ofisi möhürlənən "Mala Ali Kürdistani" kimi tanınan iraqlı Molla Əli Kalakın dəvə sidiyi içdiyi görüntüləri yayılıb. Qeyd edək ki, bu şəxs bəzi xəstələri çubuqla vuraraq da müalicə edir.

Sonxeber.net haberler.com-a istinadən xəbər verir ki, "həkim" sözdə müalicəsini həyata keçirmək üçün İstanbulda yazdığı videoları sosial mediada paylaşmağa və hesablar vasitəsi ilə randevu almağa davam edir. Ona müalicə üçün müraciət edənləri İraq Kürdüstanına yönəldən bir şəxsin videoda dəvənin sidiyini dəmir qaba tökdüyü, başqa bir maye ilə qarışdırdığı və sonra həmin mayeni içdiyi görülüb. Sidik müalicəsini başqalarına da tətbiq etdiyi düşünülür.

Kamran Seyidov


Etiketlər:  Fırıldaqçı həkim görün xəstələri ilə müalicə edir


RƏYLƏR