Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda tibb sahəsində çalışan bu işçilərin maaşları artırıldı

Azərbaycanda tibb sahəsində çalışan bu işçilərin maaşları artırıldı

Tarix: 14 Avqust 2019 09:42

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda tibb sahəsində bir neçə qurumun işçilərinin əməkhaqları artırılıb.

Trend-in məlumatına görə, bununla bağlı Baş nazir Novruz Məmmədov “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərara dəyişiklik edib.

Dəyişikliyə əsasən, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.

Qeyd edək ki, dəyişiklik “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019- cu il 18 iyun tarixli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə edilib.

Qərar sentyabr ayının 1-dən qüvvəyə minəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanda tibb sahəsində çalışan işçilərin maaşları artırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ