Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cənnətdə ilk ad günü - VİDEO

Cənnətdə ilk ad günü - VİDEO

Tarix: 9 Avqust 2021 12:42

Şəhid Məhəmməd Şəbiyevin xatirəsi əbədiləşdirildi

Milli.Az Real TV-ə istinadən bildirir ki, vətən müharibəsi qəhrəmanı, şəhid leytenant Məhəmməd Şəbiyevin dünən doğum günü idi. Bu münasibətlə doğulduğu Səbail rayonunda şəhidin adına inşa olunan bulağın açılışı keçirildi. Tədbirdə şəhidin ailə üzvləri, icra nümayəndəliyi, qazilər və rayon sakinləri iştirak etdilər. Əvvəlcə dövlət himni səsləndirildi. Daha sonra şəhidlə bağlı xatirələr dinlənildi, şeirlər söyləndi. Müdafiə nazirlinin heyəti adından şahid bulağının qarşısına əklil qoyuldu. Şəhidin adına bişirilən tort kəsildi.

Bulaqda şəhidin xatirə lövhəsi ilə yanaşı rayonun digər qəhrəman şəhidlərinə həsr olunan lövhə də asılıb. Şəhid Atası deyir ki, oğlu 2016-ci ildə Cəmşid Naxçıvanski adına hərbi lisseyi təhsil aldığı dövrdə xüsusi fərqlənib. Məhəmməd Şəbiyev həm də Heydər Əliyev adına ali hərbi məktəbdi leytenant rütbəsi ilə bitirib.

Qeyd edək ki, Şəhid Leytenant Məhəmməd Şəbiyev avqustun 6-sı 1998 ci ildə Bakı şəhərində doğulub. Leytenant sağlığında "Azərbaycan Ordusunun 100 illiyi yubleyi", ölümündən sonra isə "Vətən uğrunda " "suqovuşanın azad olması uğrunda " medalı ilə təltif olunub.

O, oktyabrın 4-də Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olub.

Milli.Az


Etiketlər:  Cənnətdə günü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ