Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2021 17:20
Adanada (Türkiyə) istədiyi məbləğdə pulu verməyən atası ilə mübahisə edən şəxs silahını çıxarıb atasına 3 dəfə atəş açıb.
Sonxeber.net haberler.com-a istinadən xəbər verir ki, bu zaman güllə hadisənin qarşısını almaq istəyən şəxsə dəyib. Xəstəxanaya aparılan şəxs bütün müdaxilələrə baxmayaraq ölüb. Təcavüzkarın atası "daim üstümə silah və bıçaq çəkirdi. Bu dəfə zorla pul istədi. Mərhum müdaxilə etməyə çalışırdı" deyib. Polis bölməsinə aparılan oğul ifadəsində, "atamdan pul istədim, vermədi. Silahla onu qorxutmaq istəyirdim, güllə müdaxilə edən adama dəydi. Mən bunu qəsdən etməmişəm" deyib.
Kamran Seyidov