Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2021 16:10
Çin Litvadakı səfirini geri çağırıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Bildirilib ki, bu addım Litva hökumətinin Tayvanın təmsilçilik ofisinin Vilnüsdə açılmasına icazə verməsi qərarı ilə bağlı olaraq atılıb.
"Bu qərar Çin və Litva arasında diplomatik əlaqələrin qurulması haqqında kommunikenin ruhuna kobud şəkildə ziddir və Çinin suverenliyinə və ərazi bütövlüyünə ciddi şəkildə zərbə vurur. Çin hökuməti bu addıma qəti etirazını bildirir. Bununla əlaqədar Çin Litvadakı səfirini geri çağırmaq qərarına gəlib və Litva hökumətindən də Çindəki səfirini geri çağırmasını tələb edib.
Çin tərəfi Litvaya dünyada yalnız bir - vahid Çinin olduğu və Çin Xalq Respublikasının bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğu barədə xəbərdar edir. Vahid Çin prinsipi, beynəlxalq münasibətlərin qəbul olunmuş normasıdır və beynəlxalq ictimaiyyətin ümumi fikridir. Bu, Çinin digər ölkələrlə ikitərəfli əlaqələri inkişaf etdirməsinin siyasi təməlidir", - deyə Çin XİN-in bəyanatında vurğulanıb.
Çin XİN bildirib ki, ölkənin milli suverenliyi və ərazi bütövlüyü ilə bağlı qırmızı xətt keçilməməlidir.
"Litva tərəfini səhv qərarını dərhal düzəltməyə, zərərin aradan qaldırılması üçün konkret tədbirlər görməyə və yanlış yoldan geri çəkilməyə çağırırıq. Tayvan səlahiyyətlilərinə xəbərdarlıq edirik ki, "Tayvan müstəqilliyi" çıxılmaz sonluqdur və beynəlxalq aləmdə separatçı fəaliyyətlərə edilən hər hansı cəhd uğursuzluğa məhkumdur", - Çin XİN bəyan edib