Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avroliqa: “Omoniya” və “Slovan” pley-offda

Avroliqa: “Omoniya” və “Slovan” pley-offda

Tarix: 11 Avqust 2021 07:44

Bu gün futbol üzrə Avropa Liqasında III təsnifat mərhələsinin cavab matçlarına start verilib. Milli.Az matc.az-a istinadən bildirir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

Kiprdəki ilk qarşılaşmada 1:0 hesablı qələbə qazanan "Omoniya" Estoniyada "Flora"nın qonağı olub. Bu oyunun əsas vaxtı "Flora"nın 2:1 hesablı qələbəsiylə başa çatıb. Bu üzdən də əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda qol vurulmadığından, qalibi müəyyənləşdirmək üçün penalti zərbələri yerinə yetirilib. 11 metrlik zərbələrdə daha dəqiq olan kiprlilər pley-offa yüksəliblər.

Digər oyunda isə "Slovan" Slovakiyada Cəbəllütariqin "Linkoln" komandasını sınağa çəkib. Bratislava təmsilçisi ilk görüşdə 3:1 hesablı qələbə qazanmışdı. Cavab görüşündə isə heç-heçə qeydə alınıb və Slovakiya klubu növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, bu mərhələnin digər 6 oyunu avqustun 12-də keçiriləcək. Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Neftçi" Finlandiyada HJK (Helsinki) klubu ilə qarşılaşacaq. "Ağ-qaralar" Bakıdakı ilk matçda rəqibi ilə heç-heçə edib - 2:2.

Avropa Liqası
III təsnifat mərhələsinin cavab oyunları
10 avqust

Flora (Estoniya) - Omoniya (Kipr) 2:1 (penaltilər 4:5)
İlk oyun - 0:1

Slovan (Bratislava, Slovakiya) - Linkoln (Cəbəllütariq) 1:1
İlk oyun - 3:1

Milli.Az


Etiketlər:  Avroliqa Omoniya Slovan pley offda


RƏYLƏR