Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İstanbul 3 adaya bölünəcək - Türk professor

İstanbul 3 adaya bölünəcək - Türk professor

Tarix: 11 Avqust 2021 15:50

Qlobal istiləşmə nəticəsində dünyada dəniz səviyyəsi təxminən 70 metr yüksələcək.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin Boğaziçi Universitetinin İqlim Siyasi Araşdırma Mərkəzinin direktoru professor Ləvənt Kurnaz deyib.

"Dəniz səviyyəsi 70 metr yüksələn zaman olduğumuz yerlərin çoxu su altında qalacaq. 100 ildən sonra İstanbul 3 adaya bölünəcək. Yenə dünyanın buzlaq, səhra, meşə olan hissələri tamamilə dəyişəcək. İndi "Saxara çölü" dediyimiz yer 6 dərəcə şimala doğru dəyişəcək. Bu səbəbdən cənubdakı bəzi səhra əraziləri meşəyə çevriləcək. Trabzon, Samsun və İstanbul kimi Türkiyənin şimal bölgələrinin iqlimi bu əsrin sonlarında Antalya, Adana iqlimi kimi olacaq", - deyə professor bildirib.

Milli.Az


Etiketlər:  İstanbul 3 adaya bölünəcək Türk professor


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ