Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Reanimasiyada olanların 97-98 %-i peyvənd vurdurmayıb” - VİDEO

“Reanimasiyada olanların 97-98 %-i peyvənd vurdurmayıb” - VİDEO

Tarix: 11 Avqust 2021 19:08

Azərbaycanda COVİD-19-a yoluxanların sayının ciddi artması xəstəxanalarda da vəziyyəti çətinləşdirib. 

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, ATV-nin "Yeni klinika"dan hazırladığı reportajda qeyd olunur ki, onlarla insan reanimasiya şöbəsində yaşamaq uğrunda mübarizə aparır. 

Bildirilir ki, xəstəxananın reanimasiya otağı tam doludur, bununla yanaşı rezerv çarpayılar da açılıb. Reanimasiyada olan 30-a yaxın COVİD xəstəsinin hamısı koma vəziyyətindədir, onlardan yalnız bir nəfər sərbəst fikirlərini ifadə edə bilir.  

Pasiyentlərdən biri xəstəliyin ona oğlundan keçdiyini qeyd edir. O, peyvənd olunmadığını və xəstəliyi ağır keçirdiyini vurğulayıb. Xəstəxanada 1 yaşlı  körpə də koronavirusdan müalicə olunur. 

Baş tibb bacısı Könül Quliyeva vətəndaşlara çağırış edib: "Bizi də nəzərə alsınlar. Həm psixoloji, həm də fiziki çox travma alırıq. Tədbirlərə icazə verilsə də, vətəndaşlar özləri məsuliyyətli olsunlar".

Klinikanın reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib ki, son iki həftədə vəziyyəti ağırlaşan xəstələr var: "Yeganə çıxış yolu vaksinasiya və sosial izolyasiya qaydalarına əməl etməkdir. Pandemiya artıq peyvəndlənməyənlərin pandemiyasına çevrilir. Reanimasiyada olan xəstələrin 97-98 faizi peyvənd olunmayanlardır. Ağırlaşanların hamısı peyvənd olunmayan xəstələrdir".


Etiketlər:  Reanimasiyada olanların peyvənd vurdurmayıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ