Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub

Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub

Tarix: 11 Avqust 2021 23:51

Avqustun 11-i saat 16:20-dən 21:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Göysu yaşayış məntəqələrində və Çəmbərək rayonu ərazisində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad, Gədəbəy rayonunun Qalakənd və Zamanlı yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan, o cümlədən snayper tüfənglərindən atəşə tutub.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Milli.Az


Etiketlər:  Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ