Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2021 07:03
Hamiləlik dövründə və ya doğuşdan sonra öd kisəsində daş meydana gəlməsi patoloji bir vəziyyətdir.Bəzən klinik simptomlar olmadan davam edir. Sağ qabırğa altı nahiyyədə ağrı, ürəkbulanma, qusma, şişkinlik, ağızdakı acılıq, mədə yanması ilə özünü göstərə bilər. Qarın boşluğunun ultrasəsi, diodenal zondlama və biokimyəvi qan testləri əsasında diaqnoz qoyulur. Müalicə üçün xoleretik dərmanlar, xolekinetiklər, antispazmodiklər, antibakterial dərmanlar istifadə olunur. Göstəriş olduqda, bir xolesistektomiya aparılır.Öd daşı xəstəliyinin klinik formalarının sistemləşdirilməsi xəstəliyin gedişi, simptomatikanın ifadəliyi, ağırlaşmalara əsasən aparılır. Xolelitiazın formasının düzgün təyin olunması hestasiyanın sonluğunun proqnozlaşdırılmasında, hamiləliyin aparılma taktikası və optimal doğuş üsulunun seçilməsində həlledici rol oynayır. Əvvəllər hamilələrdə öd daşı xəstəliyinin yaranma riskini artıran yeganə səbəb hipodinamiya hesab olunurdu. Lakin son tədqiqatlar sübut etmişdir ki, fiziki aktivliyin artırılması zamanı xolesterin daşlarının yaranma tezliyi azalmır, metabolik göstəricilər (lipid, adipinektin, insulin, qlükoza, leptinin miqdarı) yaxşılaşmır.Bəzi qadınlarda xəstəlik dəri, ağlı qişa, selikli qişaların saralması, sidiyin qısa müddətli tündləşməsi və nəcisin rənginin ağarması ilə müşahidə olunan tranzitor sarılıqla özünü büruzə verir.Öd sancısını aradan qaldırmaq üçün adətən spazmolitiklər təyin olunur. 5 saat ərzində medikamentoz terapiyanın nəticəsi olmadıqda öd sacısından əziyyət çəkən hamilə qadın cərrahi stasionarda hospitalizasiya olunur.Öd daşı xəstəliyindən əziyyət çəkən, hamiləlik planlaşdıran qadınlara profilaktik məqsədlə əvvəlcədən medikamentoz və ya cərrahi müalicə məsləhət görülür. Hamiləlik zamanı pəhrizə ciddi riayət edilməli, yağlı və qızardılmış məhsullar, şirniyyatların qəbulu azaldılmalı, həkimin təyinatlarına əməl edilməlidir.