Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hakerlər oğurladıqları yüzmilyonlarla vəsaitin yarısını geri qaytarıblar

Hakerlər oğurladıqları yüzmilyonlarla vəsaitin yarısını geri qaytarıblar

Tarix: 12 Avqust 2021 10:34

Hakerlər "Poly Network" şəbəkəsi istifadəçilərindən oğurladıqları 600 milyon dollarlıq vəsaitin yarıya yaxın hissəsini geri qaytarıblar.

Bu barədə CNBC məlumat yayıb.

Şəbəkədən bildirilib ki, artıq 258 milyon dollarlıq kriptovalyuta hesabı bərpa edilib.

Qeyd edək ki, ötən gün "Poly Network" şəbəkəsi haker hücumuna məruz qalıb.

Kibercinayətkarlar tərəfindən istifadəçilərin əsasən bitkoin, eterium və poliqon tokenlərində olan hesabları ələ keçirilib.

Şəbəkə rəhbərliyi hakerləri oğurladıqları vəsaitləri geri qaytarmağa çağırıb.

Milli.Az


Etiketlər:  Hakerlər oğurladıqları yüzmilyonlarla vəsaitin yarısını geri qaytarıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ