Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

NASA meşə yanğınlarının interaktiv xəritəsini hazırlayıb - FOTO

NASA meşə yanğınlarının interaktiv xəritəsini hazırlayıb - FOTO

Tarix: 13 Avqust 2021 10:24

ABŞ Aerokosmik Agentliyi (NASA) planetimizdəki meşə yanğınlarının interaktiv xəritəsini hazırlayıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, xəritə qurumun rəsmi saytında yerləşdirilərək istifadəçilərin ixtiyarına verilib.

İlk baxışdan 6 qitənin 5-də yanğınların baş verdiyini görmək mümkündür. Yanğın ocaqları xəritədə qırmızı nöqtələrlə işarələnib. Hərçənd, onlardan bəzilərinin vulkan və qaz yataqlarından çıxan atəşi göstərdiyi bildirilib.

Qeyd edək ki, hazırda, Avropa, Afrika, ABŞ, Cənubi Amerika, Rusiya və Avstraliya meşə yanğınlarından əziyyət çəkir.


Etiketlər:  NASA meşə yanğınlarının interaktiv xəritəsini hazırlayıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ