Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Füzuli aeroportunun tikintisi yekunlaşır - İstismara veriləcəyi tarix açıqlandı - VİDEO

Füzuli aeroportunun tikintisi yekunlaşır - İstismara veriləcəyi tarix açıqlandı - VİDEO

Tarix: 13 Avqust 2021 11:06

İşğaldan azad edilmiş Füzuli rayonu ərazisində beynəlxalq hava limanının tikintisi başa çatmaq üzrədir.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, hava limanının uçuş-eniş zolağının uzunluğu üç min metr, eni isə 60 metr olacaq.

"Azərbaycan Hava Yolları" QSC -nin əməkdaşı Valeh Əmiraslanovun sözlərinə görə, uçuş-enmə zolagı tam istismara hazırdır.

Tikinti işlərinin vaxtında başa çatdırılması üçün əraziyə çoxlu sayda texnika və işçi qüvvəsi cəlb edilib. Yeni hava limanının əsas binasının, uçuş-enmə zolağının, perronun, yönəldici yolun, uçuş-enmə zolağının işıq-siqnal sistemlərinin, transformator yarımstansiyalarının, köməkçi binaların, qurğular və xarici mühəndis kommunikasiyalarının tikintisi yekunlaşmaq üzrədir.

Hazırda inzibati və yardımçı binaların daxilində işlər aparılır. Hava limanına gələn və gedən qonaqlar üçün hər cür şərait yaradılır.

Sentyabr ayında uçuş-enmə zolağı, perron və sükan yolu 100% tamamlanacaq və hava limanı ilk təyyarəni qəbul edəcək. İlkin uçuşun sentyabrın 5-də həyata keçirilməsi planlaşdırılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 


Etiketlər:  Füzuli aeroportunun tikintisi yekunlaşır İstismara veriləcəyi tarix açıqlandı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ