Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Neftçi"ni dayandırmaq üçün əlimizdən gələni edəcəyik" - Dan Mori

Tarix: 14 Avqust 2019 19:28

"Onsuz də rəqibin gücünə, hücum xəttinə bələd idik. İndi də "Neftçi" haqda xoş sözlər deyə bilərəm. Bu, təkcə hücum xəttinə yox, bütün komandanın oyununa aiddir".

Bu sözləri İsrailin "Bney Yehuda" klubunun futbolçusu Dan Mori Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi"ylə sabahkı cavab qarşılaşması öncəsi deyib.

O bildirib ki, Bakı klubunu mübarizədən kənarlaşdırmaq üçün bütün güclərini meydanda qoyacaqlar: "Neftçi"ni dayandırmaq üçün sabah əlimizdən gələni edəcəyik. Futbolda psixoloji hazırlıq önəmlidir. Sabahkı oyun haqda tam fikirləşirik. Bilirik ki, yaxşı komandayla yenidən qarşılaşacağıq".

Qeyd edək ki, "Bney Yehuda" Bakıdakı ilk matçdan 2:2 hesablı bərabərliklə ayrılıb (APA).

 


Etiketlər:  Neftçini dayandırmaq üçün əlimizdən gələni edəcəyik Dan Mori


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ