Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

21 yaşlı gəncin törətdiyi qətllə bağlı rəsmi açıqlama

21 yaşlı gəncin törətdiyi qətllə bağlı rəsmi açıqlama

Tarix: 14 Avqust 2021 11:40

Avqustun 13-ü saat 19 radələrində Qazax rayon sakini, 1999-cu il təvəllüdlü Novruz Mansurovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub..

Qazax rayon prokurorluğundan Sonxeber.net-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, rayonun İkinci Şıxlı kəndində yerləşən "İnvestel Group" MMC-də mühafizəçi işləyən 2000-ci il təvəllüdlü Nəsimi İsmayılov onunla eyni yerdə fəhlə işləyən Novruz Mansurov ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncunun ürək nahiyəsinə bir dəfə xəsarət yetirərək qəsdən öldürüb.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nəsimi İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.


Etiketlər:  yaşlı gəncin törətdiyi qətllə bağlı rəsmi açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ