Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2021 12:50
Qəza törətdi, maşını yolda atıb getdi - Avtomobil sahibi iki aydır ki, maşınına sahib çıxmır
Göyçayda avtomabillə qəza törədən sürücü maşını yol kənarında qoyaraq gedib. Hadisədən iki aya yaxın müddət keçib, amma hələ də minik maşını yolun kənarındadır.
Minik maşınının yol kənarında saxlanılması həm sakinlər, həm də sürücülər üçün təhlükə yaradır.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, sakinlər deyir ki, sürücü qəzadan sonra avtomobili yolun yaxınlığında saxlayaraq gedib. Bu da hərəkətdə olan maşınlar üçün təhlükədir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov "Xəzər Xəbər"ə bildirib ki, avtomobilin sürücüsü Bakı sakini Rəsul Abbasovdur.
Onun avtomobil artıq yol kənarından götürülərək duracağa yerləşdirilib.
Həmin şəxs polisə müraciət edərək avtomobilini duracaqdan götürə bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: