Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2021 14:24
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün oyunları azarkeşlərin iştirakı ilə keçiriləcək.
Sonxeber.net report-a istinadən bildirir ki, tribunalara arenanın ümumi tutumunun 50 faizi qədər tərəfdar buraxılacaq.
AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla "Report"a açıqlamasında məlumatı təsdiqləyib: "Klublarımızın avrokuboklar çərçivəsində keçirdiyi ev oyunlarında olduğu kimi, Premyer Liqa qarşılaşmalarında da müvafiq stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər tamaşaçı COVID-19 pandemiyası ilə əlaqədar qaydalara riayət olunması şərtilə matçları tribunadan izləyə bilər".
Qeyd edək ki, Azərbaycan çempionatında yeni mövsümə bu gün start veriləcək.