Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda 3 ay əvvəl yoxa çıxan və tapılan Leyla qaçıb, ya qaçırılıb? - ARAŞDIRMA

Bakıda 3 ay əvvəl yoxa çıxan və tapılan Leyla qaçıb, ya qaçırılıb? - ARAŞDIRMA

Tarix: 14 Avqust 2021 20:58

Bakıda üç ay əvvəl itkin düşən yeniyetmənin Zaqatala rayonunda tapılması ilə bağlı araşdırma aparılır.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

E.Hacıyev bildirib ki, 2004-ci il təvəllüdlü Əliyeva Leyla Rauf qızının hansı məqsədlə evdən getməsi və ya qaçırılması ilə bağlı faktın təfərrüatları araşdırılır.

Araşdırmanın nəticəsinə görə qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək.

Xatırladaq ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbə sakini Əliyeva Leyla Rauf qızı itkin düşdükdən 3 ay sonra tapılıb.

L. Əliyevanın anası Raisə Əliyeva bildirib ki, qızı Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Zaqatala rayonunda aşkar edilib.

Leyla Əliyevanın anası qızının sonradan tanış olduğu rəfiqəsi vasitəsilə Zaqatala rayonuna aparıldığını və orada tanımadığı yaşlı qadın və kişi ilə birlikdə saxlanıldığını bildirib.

Xatırladaq ki, 2004-cü il təvəllüdlü Əliyeva Leyla Rauf qızı carı ilin mayın 20-də səhər saatlarında Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən evdən çıxıb və bir daha geri qayıtmayıb.


Etiketlər:  Bakıda əvvəl yoxa çıxan tapılan Leyla qaçıb qaçırılıb ARAŞDIRMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ