Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hackerlər 600 milyon dollar dəyərində kriptovalyuta oğurlayıblar

Hackerlər 600 milyon dollar dəyərində kriptovalyuta oğurlayıblar

Tarix: 14 Avqust 2021 22:48

Hackerlər Poly Network adlı kriptoplatformanı hack edərək ümumilikdə 600 milyon dəyərində kriptovalyuta oğurlayıblar. Bu, kriptovalyuta tarixinin ən böyük vəsait oğurluğu adını əldə edib. Qeyd etmək lazımdır ki, sözügedən kriptoplatforma bir neçə növ blokchain-in işini kombinasiya etməyə imkan verir və o, istifadəçilər arasında çox məşhurdur. Poly Network baş vermiş hadisəni artıq öz Twitter heabında təsdiqləyib və kriptovalyutaları oğurlamış hackerlər üçün açıq məktub paylaşıb. Məlumata əsasən hackerlər tərəfindən oğurlanmış kriptovalyutalar arasında bitcoin, ethereum və Polygon şəbəkəsinin tokenləri olub. Kriptoplatformanın təmsilçiləri sözügedən məktubda hackerləri öz planlarından vaz keçməyə və platforma ilə əlaqə yaratmağa çağırıblar.

"Əziz hacker! Biz Poly Network komandasıyıq. Biz səninlə əlaqə yaratmaq istəyirik və səni oğurlanmış aktivləri qaytarmağa çağırırıq. Sən tərəfdən oğurlanmış vəsaitin miqdarı kriptovalyutalar tarixində oğurlanmış ən böyüyüdür. İstənilən dövlətin hüquq-mühafizə orqanı bunu böyük iqtisadi cinayət kimi qəbul edəcək və nəticədə sən izlənmə altına alınacaqsan. Sən tərəfdən ola biləcək hər hansı tranzaksiya məntiqsiz olardı. Sənin oğurladığın pullar kriptovalyuta cəmiyyətinə daxil olan şəxslərə məxsusdur. Ortaq qərarın verilməsi üçün sən bizimlə əlaqə saxlamalısan" - deyə məktubda qeyd edilib. Hackerlər vəsaitləri oğurlayandan sonra onları müxtəlif kriptovalyuta portmanatlarına göndəriblər. Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən SlowMist şirkətinin məlumatlarına əsasən 600 milyon dollar vəsait 3 ünvana göndərilib. Poly Network bütün kriptovalyuta birjalarını hackerlərin ünvanlarından göndərilən tokenləri bloklamağa çağırıb.

Milli.Az


Etiketlər:  Hackerlər 600 milyon dollar dəyərində kriptovalyuta oğurlayıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ