Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2021 20:12
Özbəkistan parlamenti-Ali Məclisi yanında uşaq hüquqları üzrə müvəkkil - uşaq ombudsmanı institutu təsis edilib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bununla bağlı fərman imzalayıb.
Uşaq ombudsmanı təsisatının yaradılmasında məqsəd uşaqların hüquqlarını, azadlıqlarını və qanuni maraqlarını qorumaq, azyaşlılara nəzarəti gücləndirmək və onlar arasında hüquq pozuntularının qarşısını almaqdır.
Uşaq hüquqları üzrə müvəkkil öz səlahiyyətlərini dövlət orqanlarından asılı olmayaraq yerinə yetirir, bununla belə, Ali Məclis qarşısında hesabat verir.
Ombudsman beş il müddətinə seçilir və namizədliyini Prezident irəli sürür.
Müvəkkil Özbəkistanın vilayət və rayonları ilə sıx əlaqədə işləyəcək.